
I Am Jazzman (Azerbaijan) & Dini Virsaladze (Georgia) & Mihaela Handuca (Moldova)

I Am Jazzman (Azerbaijan) & Dini Virsaladze (Georgia) & Mihaela Handuca (Moldova)
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
3 konsert — 1 bilet
I Am Jazzman konserti — müxtəlif illərdə Beynəlxalq I Am Jazzman müsabiqəsinin qalibi və laureatı olmuş Azərbaycanın gənc nəsil caz musiqiçilərinin birgə çıxışıdır. Bu müsabiqə 2006-cı ildən etibarən Bakı Caz Festivalı çərçivəsində keçirilir və məqsədi istedadlı ifaçıları aşkar etmək, həmçinin onların gələcək yaradıcılıqlarına dəstək göstərməkdir.
Dini Virsaladze — məşhur gürcü pianoçusudur. O, ilk dəfə 1993-cü ildə caz pianoçusu və bəstəkar kimi ictimaiyyət qarşısına çıxmışdır. Həmin il o, gənc musiqiçinin həyatını köklü şəkildə dəyişən Novosibirsk Caz Festivalında iştirak etmişdir. O vaxtdan bəri Dini bir çox caz klublarında və kafelərdə çıxış etmiş, müxtəlif televiziya proqramlarında görünmüşdür. Bir müddət "İberia" televiziya kanalında caz proqramının müəllifi və aparıcısı olmuşdur.
2003-cü ildən etibarən Dini maestro Givi Qaçeliadzenin rəhbərliyi altında Tbilisi Big Band orkestri ilə çıxış edir. 2006-cı ildə Tbilisi Big Band Monte-Karloda 2006-cı ilin Ən Yaxşı Big Bendi adına layiq görülmüşdür. Monte-Karlo Beynəlxalq Caz Mükafatının (MCIJA) idarə heyəti, Tbilisi Bələdiyyə Konsert Orkestrinin (Big Band) fəaliyyətinə verdiyi dəyərli töhfəyə və cazın dünyada tanıdılmasına görə pianoçu xanım Dini Virsaladzeyə xüsusi təşəkkürünü bildirmişdir.
2016-cı ildən bəri Dini Virsaladze Tbilisi Dövlət Konservatoriyasının professorudur.
Bakı Caz Festivalında Dini azərbaycanlı caz musiqiçiləri ilə birgə çıxış edərək, iki qonşu ölkənin mədəniyyətlərini birləşdirəcək.
Müğənni, pianoçu, bəstəkar (Caz, Müasir caz)
Mihaela Handuka – müasir caz üslubunu dərin improvizasiya ənənələri ilə birləşdirən istedadlı caz vokalçısı və pianoçudur. Moldovada yaşayan və fəaliyyət göstərən musiqiçi, ölkə daxilində və beynəlxalq səhnələrdə fəal şəkildə çıxış edir.
O, One Jazz Band, HP Jazz Crew və Dorel Burlacu Band kimi tanınmış ansambllar və musiqiçilərlə mütəmadi əməkdaşlıq edir. Onun çıxışları yüksək musiqi mədəniyyəti, texniki sərbəstlik və emosional ifadəlilik ilə seçilir.
Mihaela caz festivallarında və mövzuya həsr olunmuş tədbirlərdə fəal iştirak edir, eyni zamanda müasir cazın sərhədlərini genişləndirən orijinal layihələr üzərində işləyir.


