

Ceffri Verbok 75
Təsvir
Məşhur amerikalı kamança ifaçısı Cefri Verbok uzun illərdir Azərbaycan mədəniyyətinin, musiqisinin tanınmasına töhfələr verir. O, Amerika Muğam Cəmiyyətinin prezidentidir. Cefri Verbok uzun illərdir Azərbaycan muğamının ABŞ-da və dünyada təbliği ilə məşğuldur. O, Azərbaycan musiqisinə, xüsusilə muğama və kamançaya böyük sevgi ilə yanaşır, milli mahnılarımızı və təsnifləri məharətlə ifa edir. Azərbaycanda keçirilən müxtəlif beynəlxalq muğam festivallarının və mədəni tədbirlərin fəal iştirakçısı olan ifaçının 75 illiyinə həsr olunan gecədə onun yaradıcılıq fəaliyyəti, Azərbaycan muğamının dünyada təbliğinə verdiyi töhfələr və milli musiqimizə bağlılığı diqqət mərkəzində olacaq.
Qaydalar
Bu tədbir yalnız QR bilet formasında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
