
Maestro Niyazi

Maestro Niyazi
Tədbir haqqında
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Filarmoniyada Maestro Niyazinin doğum günü qeyd olunacaq 20 avqustda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yay zalı”nda görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Maestro Niyazinin doğum gününə həsr olunmuş konsert keçiriləcək. Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu altında Niyazi adına Dövlət Simfonik Orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dəstəyi ilə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Vasif Adıgözəlovun, Asəf Zeynallının və Maestro Niyazinin seçilmiş əsərləri ifa olunacaq. Tədbir, Niyazinin zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaq və sənətinə ehtiram ifadə etmək məqsədi daşıyır.
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Diqqət! Konsertə gecikdiyiniz halda, biletdə göstərilən yer dəyişdirilə bilər.
Bilet nəzarətçilərinin təlimatlarına əməl etməniz və konsertlərə qeyd edilən vaxtdan 30 dəqiqə əvvəl gəlməniz tövsiyə olunur.
Konsert və tədbirlərimizdə qonaq olacaq tamaşaçıların geyim tərzlərinə diqqət yetirmələri xahiş olunur. Şort və başmaqda gələn şəxslər konsert zalına buraxılmayacaq.


