
"Səsimiz bir, ruhumuz bir" Qala Konserti

"Səsimiz bir, ruhumuz bir" Qala Konserti
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Dövlət Uşaq Filarmoniyasında “Səsimiz bir, ruhumuz bir” adlı qala konsert keçiriləcək.
VI Turizmdə Memarlıq və Mədəni İrs Konqresi çərçivəsində 17 oktyabr saat 19:00-da Çanakkale Barış Korosu və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə iştirakı ilə unudulmaz musiqi axşamı baş tutacaq. Fəaliyyətinin 11-ci ilini qeyd edən Çanakkale Barış Korosu Dövlət Uşaq Filarmoniyasının birləşmiş xor kollektivləri və Vokal sinifi ilə eyni səhnəni bölüşəcək. Barış Korosunun bədii rəhbəri Mete Gökçe, xorun dirijoru Seval Yıldız, Dövlət Uşaq Filarmoniyasının Xor kollektivlərinin bədii rəhbərləri Leyla Muradzadə və Aysel Mehdizadədir. İki qardaş ölkənin mədəniyyətini, ruhunu əks etdirən əsərlərlə xor kollektivləri Rəna Qədimovanın “Yüksəl, ey Azərbaycan”, Zeki Üngörün “Cumhuriyet marşı”, İlteriş Sunun “Bahar gelince” əsərlərini birlikdə ifa edəcək.


