
Poeziya Konserti

Poeziya Konserti
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
18 oktyabr saat 19:00-da Rəşid Behbudov Teatrında Azərbaycanın hər bir guşəsinin gözəlliyinə və ruhuna həsr olunmuş poeziya konsertinə sizi dəvət edirik!
İlk dəfə olaraq səhnədə Azərbaycanın bütün bölgələrinin şeirlərdə təsvir olunduğu belə poeziya axşamı təqdim olunacaq.
Proqramda – hər bir şəhər və rayona həsr olunmuş, Azərbaycan dilində yazılmış şeirlərin səsləndirilməsi. Eyni səhnədə həm «Gənc Şairlər» uşaq ədəbi layihəsinin balaca istedadlı şairləri, həm də «Modern Poems» layihəsinin yetkin şairləri çıxış edəcək. Onlarla birgə II Qarabağ müharibəsi qəhrəmanları da səhnəyə çıxaraq poeziyanın gücünü tamaşaçılarla bölüşəcəklər. Axşamı daha da zənginləşdirəcək musiqi və rəqs nömrələri də sizi gözləyir.
Tədbir xeyriyyə məqsədilə keçirilir və əldə olunan bütün vəsait Azərbaycan Uşaq Fondunun himayəsində olan uşaqların qayğısına, onların gələcəyinə ümid və dəstək olmaq üçün yönəldiləcək.


