

United Coffee Fest 2026
Təsvir
United Coffee Fest 2026 🎉
United Coffee Fest — Qafqazın ən yaradıcı kofe festivalı 5–6 sentyabr tarixlərində yenidən qapılarını kofesevərlərin üzünə açır. Bu il ikinci dəfə keçirilən festival iki gün ərzində zəngin proqramı, unikal təcrübələri və kofe mədəniyyətini bir araya gətirərək minlərlə qonağı ətrafında birləşdirəcək. ☕️🏔️
Roastery Village zonasında yerli qovurucuların onlarla fərqli kofesini dadacaq, ustad dərsləri və cupping seanslarında dəmləmənin incəliklərini öyrənəcəksiniz. Festival çərçivəsində Azərbaycan AeroPress Çempionatı canlı keçiriləcək və qalib Dünya Finalında Meksikada ölkəmizi təmsil etmək hüququ qazanacaq. 🏅
☕ Bundan əlavə, qonaqlar dünyanın müxtəlif regionlarından gətirilmiş xüsusi kofe növlərini kəşf edəcək, aparıcı qovurucular və baristalarla görüşəcək, kofe sənayesinin ən son trendləri və innovasiyaları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. 🧘 Günlər səhər yoqası və Morning Club ilə başlayacaq, 🛍️ Handcraft Market, 🍴 Food Court və canlı musiqi proqramları ilə davam edəcək, 🎶 axşamlar isə qrupların çıxışları və DJ performansları ilə yekunlaşacaq.
🕯️ Müddət: 2 gün, 10:00–00:00
♿ Əlçatanlıq: Məkan əlil arabası istifadəçiləri üçün uyğundur.
Qaydalar
6 YAŞDAN YUXARI UŞAQLAR ÜÇÜN BİLETİN ƏLDƏ EDİLMƏSİ MÜTLƏQDİR.
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Festival biletlərinin qiymətləri:
🎟 Birinci səbət (Early Bird)
- Bir günlük bilet — 15 AZN
- Kombinə edilmiş bilet — 25 AZN
🎟 İkinci səbət
- Bir günlük bilet — 20 AZN
- Kombinə edilmiş bilet — 30 AZN
🎟 Üçüncü səbət
- Bir günlük bilet — 25 AZN
- Kombinə edilmiş bilet — 35 AZN
Hər qiymət kateqoriyası üzrə bilet sayı məhduddur. Biletlərinizi ən sərfəli qiymətlə əldə etməyə tələsin!
