
Uşaq Festivalı 2026

Uşaq Festivalı 2026
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Böyük Uşaq Festivalına Hazırsınız? "The Farm"-da Möhtəşəm Macəra!
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə övladlarınızın yay xatirələrində iz qoyacaq şəhərin ən rəngarəng və aktiv festivalına hər birinizi dəvət edirik! Biletlər artıq satışdadır!
Biletə Daxil Olan Xidmətlər (Ödənişsiz):
Heç bir əlavə ödəniş etmədən aşağıdakı fəaliyyətlərdən yararlana bilərsiniz:
At və Poni Gəzintisi: Balaca dostlarımızın ən sevdiyi canlılarla gəzinti.
Kids Playground: Ən balaca qonaqlarımız üçün xüsusi və təhlükəsiz oyun zonası.
Bitməyən Əyləncə: 100-dən çox aktiv oyun və texnologiya həvəskarları üçün VR zona.
Sehrli Anlar: Peşəkar fokusçular, sevimli animatorlar və maskotların şouları.
Shooting Zone: Kiçik qəhrəmanlar üçün təhlükəsiz atıcılıq zonası. 🏹
Ailəvi Yarışlar və Balıq Ovu: Valideynlərlə birgə həyəcanlı müsabiqələr və göl kənarında balıq ovu.
Çərpələng Zonası: Göy üzünü rəngləmək üçün xüsusi ayrılmış ərazi.
Şou Proqramı və DJ: Gün boyu enerji dolu musiqi və xüsusi səhnə çıxışları.
Əlavə Ödənişli Xidmətlər:
Yaradıcılıq: Art Zona, Face Art və fərqli master-klasslar.
Food Court: Ləzzətli təamlar və sərinləşdirici içkilər.
Satış: Çərpələngləri ərazidən əldə edə bilərsiniz.
Giriş Şərtləri və Qiymətlər:
Kateqoriya
Şərtlər
Bilet növü
0 – 3 yaş
Giriş pulsuzdur (1 valideynlə maks. 2 uşaq)
Ödənişsiz
3 – 14 yaş
Bütün fəaliyyətlərə giriş daxildir
Uşaq bileti
15+ yaş
Yalnız böyüklər üçün nəzərdə tutulmuş zonalar
Böyük bileti
Vacib qeyd: Böyüklər üçün nəzərdə tutulmuş bilet yalnız chill-zonalar, ailəvi yarışlar və balıq ovu, çərpələng zonası kimi sahələrə giriş imkanı verir.


