Qızıl cücə

Tədbir haqqında

"Qızıl cücə" (rus dilində)

Yaş həddi: 1+

"Qızıl cücə” (V.Ulyanovskiy və V.Orlov) nağıl-tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rus bölməsi tərəfindən hazırlanıb. 
 Səhnə əsərinin quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Svetlana Bulaxdır.
Tamaşanın çox maraqlı süjet xətti var. 
Bir gün tülkü eşidir ki, nənə ilə babanın kürt toyuğu qızıl yumurtanın üstündə oturub. Bunu bilən hiyləgər tülkü canavarı yoldan çıxarır və onlar birlikdə həmin yumurtanı oğurlayırlar. 
Özünü işə vermək istəməyən ərincək tülkü yenə hiyləgərlik edərək canavarı həmin yumurtanın üstündə oturdur. Tülkü və canavar düşünürlər ki, yumurtadan qızıl cücə çıxacaq, onlar bu qızıl cücəni çoxaltmaqla varlanacaqlar. Vaxt-vədə yetişir, amma yumurtadan çıxan balaca cücə fərə deyil, beçə xoruz olur. Məhz bundan sonra tülkü ilə canavarın sözləri bir-birinə çəp gəlir...
 Ümumiyyətlə, tamaşanın əsas məğzinində mərhəmət, qayğı, sevgi dayanır. 
Səhnə əsəri 27 fevral 2016-cı ildən teatrın səhnəsindədir.

Yaş məhdudiyyəti / Dil

0+ / Русский
Qızıl cücə Qızıl cücə

Məkan yeri
Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan