
Sehrli Buta

Sehrli Buta
Tədbir haqqında
“Sehrli Buta” tamaşası haqqında
Akademik Milli Dram Teatrının balaca tamaşaçıları üçün ərməğanı olan “Sehrli Buta” tamaşasında sevimli nağıl qəhrəmanları əsrarəngiz nağıllar aləminə səyahət etmək, baharın gəlişini qeyd etmək və Bahar qızı görmək üçün çətin yollardan keçirlər. Onlar müxtəlif maneələri aşaraq, dolanbac yollardan keçərək Bahariyyə şəhərinə çatırlar. Burada olan şər qüvvələr onların Bahar qızla görüşməyinə mane olur. Amma sonda qəhrəmanlar öz məqsədlərinə nail olur, baharın gəlişini birlikdə qeyd edirlər.
Səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərovdur.
Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Xanım Həsənovadır.
“Sehrli Buta”da Əməkdar artistlər Mehriban Xanlarova, Əlfida Cəfərov, Rəşad Bəxtiyarov, aktyorlar Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Firuzə Balayeva, Elsevər Rəhimov, Tural İbrahimov, Rüstəm Rüstəmov, Elçin Əfəndi, Şəhla Əliqızı, Lalə Süleymanova, Ramin Şıxəliyev və Vüsal Mustafayev çıxış edirlər.


