Danışan gəlincik

Tədbir haqqında

 “Danışan gəlincik”

Yaş həddi: 3+

Müəllif: Abdulla Şaiq

Quruluşçu rejissor: Nicat Kazımov (Əməkdar artist)

Baş rolların ifaçıları: Leyli Vəliyeva (Əməkdar artist), Güşvər Şərifova (Əməkdar artist), Gülər Nəbiyeva (Əməkdar artist), Günel Məmmədova, Simuzər Ağakişiyeva, Elşən Hacıbabayev

Janr: nağıl-tamaşa  

Tamaşanın müddəti: bir hissəli  – 1 saat 25 dəqiqə

Danışan gəlincik tapıb, onunla danışmaq, söhbət etmək arzusunda olan Şahzadə üçün kasıb bir ailənin qızını pulla alıb saraya gətirirlər. İnci adlı bu gözəl qız var-dövlət içində, gözəl həyat şəraitində xoşbəxt deyil, öz ailəsini arzulayır.

Dost-dosta heç vaxt yalan danışmaz, yalançı dost ilə ürək barışmaz. Dünyada hər şeyi pulla almaq mümkündür, lakin insan qəlbini, ailə mehribanlığını, hər şeydən öncə isə valideynləri, bacı-qardaşları pulla almaq mümkün deyil. Bu ideyanı əsas götürən dramaturq Şahzadə personajı ilə onun  ata-anasına həyat dərsi verir, bu kasıb ailəni saraya gətirdir. Onlar  mehriban bir ailə kimi yaşayırlar.

 

Yaş məhdudiyyəti / Dil

3+
Danışan gəlincik Danışan gəlincik