
"FOTOQRAFİYA SƏNƏTİ” mühazirəsi

"FOTOQRAFİYA SƏNƏTİ” mühazirəsi
Tədbir haqqında
COVİD19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
İsveçin Azərbaycandakı Səfirliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə 27 aprelsaat 11:00-da tanınmış İsveçli fotoqraf Elizabet Tollun “MƏNZƏRƏLƏR VƏ PORTRETLƏR” fotoqrafiya sərgisi çərçivəsində Bakı Fotoqrafiya Evində “FOTOQRAFİYA SƏNƏTİ” adlı mühazirə təşkil edir. Daha çox mənzərə və portret fotolarına üstünlük verən Elizabet, müştəriləri sırasına “LouisVuitton”, “Sisley”, “H&M”, “Vogue”, “Harper’s Bazaar UK”, “Elle” və digər məşhur şəxsləri də əlavə edib.
Fotoqraf əyani şəkildə müxtəlif fotolar üzərindən mənzərə, portret və moda şəkillərinin çəkilişi zamanı diqqət yetirməli olduğumuz məqamlar haqqında danışacaq. O həmçinin kommersiya və redaksiya müştəriləri üçün fotolar çəkməyin fərqləri haqqında da danışacaq.Mühazirə ingilis dilində keçiriləcək.


