16.07.2021-ci il tarixində saat 19:00-da Bakı Fotoqrafiya Evində Rəssamlar və
Filatelistlər ittifaqının üzvü, tədqiqatçı və kolleksiyaçı Bəhruz Hüseynzadənin təqdimatında
rus dilində “Azərbaycanda Fotoqrafiyanın 170 illik tarixi” adlı mühazirəsi təşkil olunacaqdır.
Mühazirə zamanı fotoqrafiya tarixinin müstəqil araşdırmaçısı olan B. Hüseynzadə
tərəfindən Azərbaycanda fotoqrafiya sənətinin 170 illik tarixi ilə bağlı maraqlı faktlar, şəxsi
kolleksiyasına daxil olan, heç yerdə nümayiş edilməyən unikal fotoşəkillər və neqativlər
haqqında açıqlamalar və slay şou nümayişlər təqdim olunacaqdır.
Maraqlı mühazirəni dinləmək istəyən şəxslər “iTicket.AZ” onlayn bilet satışı xidməti
vasitəsilə biletləri əldə edə bilərlər. Bilet sayı məhduddur.
Diqqət!
Tədbir mövcud karantin rejimi qaydalarına uyğun formada keçiriləcəkdir.