
“Monastrlar – Serb xalqının mədəni, tarixi və mənəvi irsi”

“Monastrlar – Serb xalqının mədəni, tarixi və mənəvi irsi”
Tədbir haqqında
COVİD19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatic əlaqələrin qurulmasının 25-ci il dönümünə həsr olunmuş layihələr çərçivəsində Serbiya Respublikasının Bakıdakı Səfirliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə, 06 iyun 2022-ci il tarixində Bakı Fotoqrafiya Evində “Monastrlar – Serb xalqının mədəni, tarixi və mənəvi irsi” adlı foto sərginin açılışını edib.
İki ölkə arasındaiki tərəfli münasibətlərin və dostluğun il dönümünün qeyd olunduğu ildə bu sərgi Serb mədəniyyətinin və tarixi irsinin bir hissəsi kimi Serb orta əsr monastırları və freska rəssamlığı dünyasını Azərbaycan tamaşaçısına tanıtmaq laiki xalqın bir-birini daha yaxşı tanıması və daha da yaxınlaşması məqsədi daşıyır. Bu möhtəşəm mədəniyyət abidələrinin bir çoxu YUNESKO-nun Ümum dünya İrsi Siyahısına daxil edilib və dünyanın ən böyük sənət nümunələrindən hesab olunur.
Sərgidə nümayiş etdirilən fotoşəkillər Serbiyanın Mədəniyyət Abidələrinin Mühafizəsi İnstitutunun, Serbiyanın Milli Turizm Təşkilatının və Serb Pravoslav Kilsəsinin görkəmli fotoqrafları tərəfindən çəkilmişdir.


