COVİD19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasındakı diplomatik əlaqələrin 30 illiyi münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Tacikistan Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Tacikistan – dağ zirvələri və qızıl göllər ölkəsi” adlı fotosərgiyə Sizi dəvət edirik. Bakı Fotoqrafiya Evində təşkil olunacaq fotosərgidə Tacikistan Respublikasının coğrafiyası, tarixi və mədəniyyətindən bəhs edən fotoşəkillər nümayiş olunacaqdır.