
Üzləşmə - II Forum İnsan məna axtarışında

Üzləşmə - II Forum İnsan məna axtarışında
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Üzləşmə – II Forum
İNSAN MƏNA AXTARIŞINDA
Psixologiya – Fəlsəfə – Ədəbiyyat
Həyatın mənası varmı?
Varsa, nədədir?
İnsan mənanı tapır, yoxsa özü yaradır?
Bu məna hər kəs üçün fərqlidir, yoxsa hamımız üçün ortaq bir həqiqət var?
“İnsan Məna Axtarışında” forumu insanın daxili boşluğu, həyatın mənası və yaradılışla bağlı sualları ətrafında düşünmək, dinləmək və canlı ünsiyyət qurmaq üçün təşkil olunmuş açıq dialoq məkanıdır.
Bu forumda siz:
- həyatın mənası ilə bağlı fərqli baxışlarla tanış olacaq,
- psixologiya, fəlsəfə və ədəbiyyatın bu mövzuya necə yanaşdığını görəcək,
- spikerlərlə canlı müzakirə imkanı qazanacaqsınız.
UNUTMAYIN, BÖYÜK DƏYİŞİKLİKLƏR ÜZLƏŞMƏLƏRDƏN BAŞLAYIR.
Həyatınızda dönüş nöqtəsi olacaq bu üzləşməni qaçırmayın.
TƏDBİRİN PROQRAMI
I hissə: Axtarış və nəticə
Spiker çıxışları:
- Cəmilə Rəhimli — uzman psixoloq
- Elyaz Bornak — klinik psixoloq
- Rövşən Abdullaoğlu — yazıçı, psixoloq
Hər bir spiker “İnsan məna axtarışında” mövzusuna öz sahəsinin baxış bucağından yanaşacaq, şəxsi təcrübə və qənaətlərini bölüşəcək.
Tamaşa — mövzunu bədii rakursdan əks etdirən təqdimat
Fasilə — kofe-breyk
II hissə: Ünsiyyət
- Suallar və cavablar
- Spikerlərlə canlı müzakirə


