Yerli yarış mövsümü davam edir!
28 fevral - 1 mart tarixlərində Milli Gimnastika Arenasında “Kişi idman gimnastikası üzrə 30-cu, qadın idman gimnastikası üzrə 9-cu Bakı çempionatı və ölkə birinciliyi” keçiriləcək.
Yarışlarda həm kişi, həm də qadın idmançılar aşağıdakı yaş kateqoriyalarında mübarizə aparacaqlar:
- Balacalar (2018-2017-ci il təvəllüdlü)
- Kiçiklər (2016-2015-ci il təvəllüdlü)
- Uşaqlar (2014-2013-cü il təvəllüdlü)
- Yeniyetmələr (2012-2011-ci il təvəllüdlü)
- Gənclər (2010-2009-2008-ci il təvəllüdlü)
- Böyüklər (2007-ci il və daha böyük təvəllüdlü)
Dünya Kuboku ərəfəsində idmançılarımıza bu yarışda dəstək olmaq üçün biletləri iticket.az saytından və şəhər kassalarından əldə edə bilərsiniz.
Yarışların başlama vaxtı: 12:00