
Sabah – Rytas | FIBA Basketbol Çempionlar Liqası

Sabah – Rytas | FIBA Basketbol Çempionlar Liqası
Təsvir
Sabah – Rytas | FIBA Basketbol Çempionlar Liqası
Avropa basketbolunun həyəcanını yenidən Bakıda yaşamağa hazırsınız?
Dekabrın 22-də “Sabah” Basketbol Klubu FIBA Basketbol Çempionlar Liqasının qrup mərhələsindəki son ev oyununda Litvanın “Rytas” komandası ilə Milli Gimnastika Arenasında üz-üzə gələcək.
Gərgin mübarizə, həyəcan dolu anlar və tribunaların möhtəşəm atmosferi sizi gözləyir. Qrup mərhələsinin son ev oyununda komandamızın qələbə uğrunda mübarizəsinə şahid olun və tribunadan “Sabah”a dəstək verin.
Basketbol həyəcanı yalnız meydança ilə məhdudlaşmayacaq. Fun zonada müxtəlif əyləncələr, oyun fasilələrində isə maraqlı şou proqramı axşamınıza xüsusi rəng qatacaq. Ailəniz və dostlarınızla birlikdə idman və əyləncə dolu unudulmaz anlar yaşayın.
Daha komfortlu və özəl oyun təcrübəsi yaşamaq istəyən azarkeşlər 75 və 100 AZN dəyərində biletlər əldə edərək VIP lounge xidmətindən yararlana bilərlər. Burada təqdim olunan müxtəlif yemək və içkilərdən zövq alaraq, oyunu rahat və xüsusi atmosferdə izləmək imkanınız olacaq.
Tarix: 22 dekabr 2026
Başlama saatı: 21:00
Məkan: Milli Gimnastika Arenası
Yaş həddi: 0+ (bütün yaş qrupları üçün uyğundur)
Biletlərinizi indidən əldə edin, tribunada yerinizi tutun və qrup mərhələsinin son ev qarşılaşmasında komandamızın yanında olun. Gəlin, qələbəyə gedən yolda “Sabah”a birlikdə dəstək olaq.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
