
“Ocağın alovları” adlı Qala şou

“Ocağın alovları” adlı Qala şou
Tədbir haqqında
“Ocağın alovları” adlı Qala şou
Yeni il ərəfəsində “Ocaq Sport” Klubu öz 10 illik yubileyini qeyd edir. 2013-cü ildə fəaliyyətə başlayan və uzun bir yol qət edən klub fəaliyyəti dövründə ölkə gimnastikasının inkişafına xüsusi töhfə verib.
Yarandığı gündən özünəməxsus üslubu ilə gimnastikasevərlərin qəlbinə yol tapmağı bacaran klub dekabrın 9-da 10 illik yubileyi ilə əlaqədar olaraq “Ocağın alovları” adlı Qala şou təşkil etməyə qərar verib.
Şounun adı heç də təsadüfi seçilməyib. Belə ki, klubda gimnastikanın 11 növü üzrə 800-dək idmançı məşğul olur. Məhz nümayiş olunacaq şounun əsas sujet xəttini də klub üzvlərinin bir ailə ətrafında birliyi və idman ocağında tədris olunan gimnastika növləri təşkil edir.
Mərasimdə təqdim olunacaq “alov”ların rəqsi gimnastika növlərinə məxsus fərdi xüsusiyyətləri, güc və gözəlliyi nümayiş etdirəcək. Hər alov idmanın fərqli bir aspektinə işıq tutaraq, zəngin təcrübə abu-havası yaradacaq.
Sonda “alov”ların bir vəhdət təşkil edərək birləşməsi "Ocaq" ailəsinin simvolu kimi, birliyi və həmrəyliyi əks etdirəcək.
Möhtəşəm alov göstərisi, qeyd olunan simvolizm, hadisələrin mərkəzindəki birliyin, əməkdaşlığın və bir araya gəlmənin vurğulanması ilə seyircilərə unudulmaz anlar vəd edir.
Şouya biletləri itickets.az saytından əldə etməyə tələsin!
Biletlərin qiyməti yerlərdən asılı olaraq 8 və 12 manat təşkil edir.
Başlama vaxtı: 17:00
Məkan: Milli Gimnastika Arenası


