
BATUT GİMNASTİKASI ÜZRƏ 6-CI BAKI BİRİNCİLİYİ

BATUT GİMNASTİKASI ÜZRƏ 6-CI BAKI BİRİNCİLİYİ
Tədbir haqqında
Tamblinq üzrə paytaxt birinciliyinin ardınca noyabrın 6-da Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi keçiriləcək.
İdmançılar balacalar (2015-ci il), uşaqlar (2012-2014-cü illər), yeniyetmələr (2010-2011-ci illər), gənclər (2006-2009-cu illər) yaş kateqoriyasında qüvvələrini sınayacaqlar. Yarışda “Ocaq Sport” klubu və Bakı Gimnastika Məktəbinin kişilər arasında 55, qadınlar arasında 46 idmançısı fərdi proqramda öz aralarında paytaxtın ən güclüsünü müəyyənləşdirəcək.
Bakı birinciliyində gimnastikasevərlər batutçuların maraqlı çıxışlarına şahidlik etmək imkanı qazanacaqlar.
Yarışda iştirak etmək arzusunda olan tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 3 manat təşkil edir.
Yarış haqda məlumatlar mütəmadi olaraq www.agf.az saytında yenilənəcək.
Yarış saat 12:00-da başlayacaq
Ünvan: Bakı Olimpiya İdman Kompleksi
Bakı şəh., Olimpiya küç., 7
Tel.: +99412 465 2274
6 noyabr 2022-ci il
12:00-12:05 Açılış mərasimi
12:05-13:00 Qrup 1 - fərdi çıxışlar / kişilər və qadınlar
Balacalar (2015-ci il)
13:00-13:10 Mükafatlandırma mərasimi
13:10-13:25 Fasilə
13:25-14:25 Qrup 2 - Fərdi çıxışlar / kişilər və qadınlar
Uşaqlar (2012-2014-cü illər)
14:25-14:40 Fasilə
14:40-15:35 Qrup 3 - Fərdi çıxışlar / kişilər və qadınlar
Uşaqlar (2012-2014-cü illər), yeniyetmələr (2010-2011-ci illər), gənclər (2006-2009-cu illər)
15:35-15:50 Mükafatlandırma mərasimi


