
Mələk

Mələk
Tədbir haqqında
COVİD-19 pasportu və ya imun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
Hörmətli tamaşaçılar!
Pərviz Seyidli. “Mələk”
Bir hissəli psixoloji dram
Quruluşçu rejissor – Ayla Osmanova
Pərviz Seyidlinin “Mələk” psixoloji dramı pandemiyanın bəşəriyyəti
sürüklədiyi bəladan, ailələri düçar etdiyi faciədən bəhs edir.
Əsər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təşəbbüsü ilə Səbail
rayonu İcra hakimiyyəti, Azərbaycan UNESCO Klubları Assosiasiyası, Asan
Könüllüləri Təşkilatı, “ASAN radio”, “Azərbaycan” dərgisinin birgə elan etdiyi “Biz
birlikdə güclüyük” müsabiqəsinin qalibi olmuşdur.
Anasını itirmiş gənc, gözəl Lalə sarsıntıdan, tənhalıqdan, ən əsası isə onu
anbaan izləyən günah hissindən tükənib. Bunun üçün bir zamanlar həyata göz
açdığı evin damından həyata vida demək istəyir.
Tez-tez damda oturub sevdiyi şəhəri seyr edən Fərhad bunu görür. Ölümün
bir addımlığında olan qızı faciədən xilas etmək üçün müxtəlif oyun vasitələrinə əl
atır, həyatın sonunda və ya davamında hansı hadisələrin baş verə biləcəyini ona
göstərir. Əlbəttə ki, Seçim Lalədən aslıdır.
...Lakin bir həqiqət danılmazdır: yaşatmaq üçün yaşamaq lazımdır.
Yaş həddi: 16+
Tamaşanın müddəti: bir hissəli – 1 saat 10 dəqiqə
COVİD19 pasportu və ya imun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!


