Şeyx Sənan

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Şeyx Sənan”

 Yaş: 18+

 Müəllif: Hüseyn Cavid

 Quruluşçu rejissor: Cənnət Səlimova (Xalq artisti)

 Əsas  rolların ifaçıları:  Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər  Leyli Vəliyeva , Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Güşvər Şərifova, Rasim Cəfər, Qəmər Məmmədova, Elnur Bəhramxan,  artistlərdən Anar Seyfullayev, Şəbnəm Hüseynova,  Ramil Şamiloğlu, Rövşən Abbasov, Elgün Yəhyayev, Kərəm Hadızadə, Elşən Hacıbabayev, Rəşad Səfərov, Ədalət Əbdülsəməd, Vahid Orucoğlu, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Aydın Dəmirov, Ceyhun Məmmədov, Hilal Dəmirov, Kənan Kərimov və b.

 Janr:  faciə

 Tamaşanın müddəti: İki hissəli: I hissə - 1 saat 5 dəqiqə

                                                      II hissə - 35 dəqiqə

          Görkəmli dramaturqun əslində böyük toleorantlıq ideyası ilə yazdığı bu pyesdə mənəviyyatlar savaşı ilə insanlar üz-üzə dayanmışlar.  Böyük Cavid sülhpərvər duyğularına həm də İlahi sevgi və onun əbədiliyi ideyasını qataraq gözəl bir pyes yazmışdır. Faciə janrında olan pyes və onun əsasında hazırlanmış tamaşaya baxan hər bir tamaşaçı özünün belə bir qənaətini dəqiqləşdirməyə çalışır: yaşadığım bu dünyada düzmü mövqe tutmuşam? İnsanlığa, bəşəriyyəttə nə dərəcədə xeyrim dəyib?

          Öz ilk eşqi yolunda əzizlərindən, dinindən keçən Şeyx Sənan hətta donuz tövləsini təmizləməyə, boynundan xaç asmağa belə razılaşır. Lakin mövhumat və dini ayrıseçkilik hərisləri onu Xumarına qovuşmağa mane olur. Ona görə də iki sevgili xilas yolunu intiharda görürlər.

 

 

 

Yaş məhdudiyyəti / Dil

18+ / Azərbaycanca
Şeyx Sənan Şeyx Sənan