Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Erik-Emmanuel Smitt “Tanrıya on dörd məktub”
Yaş reytinqi: 14+
Müəllif: Erik-Emmanuel Smitt
Quruluşçu rejissor və tərcümə müəllifi: Nicat Mir Kazımov (Əməkdar artist)
Əsas rolların ifaçıları: Əməkdar artistlər Nicat Mir Kazımov, Qəmər Məmmədova, artistlər Anar Səfiyev, Sənan Kazımlı, Zemfira Əbdülsəmədova, Təhminə Məmmədova, Ramil Şamiloğlu, Bəhram Əliheydər, Mətləb Abuşov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Elmanoğlu, Araz Pirimov
Janr: psixoloji dram
Tamaşanın müddəti: I hissə - 1 saat
II hissə - 55 dəqiqə
Xərçəng xəstəliyinə tutulmuş on yaşlı Oskar öz daxili dünyası ilə mübarizə aparıb cəmiyyət həyatına qarışır. Bu, Roza nənənin dəstəyilə baş verir. Oskar həyat sınaqlarında bərkiyir, özünü, dünyanı anlayır. Lakin bütün yaranmışlar kimi, ayrılıq ona da ağır təsir edir, çünki sevdiklərindən ayrılır...
Ağır dramatizmdən törəyən hadisələr tamaşanın plastik həllində əriyib bəşəri məqsədi ön plana çəkir. Tamaşa insanlara bir-birinə dəstək, yardım kimi humanizm hissləri aşılayır.
Tamaşanı gözəl işıq və musiqi effektləri müşaiyət edir.

10 ₼-dan
15 ₼-dan
5 ₼-dan
5 ₼-dan
10 ₼-dan
10 ₼-dan