Göyçək Fatma

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Göyçək Fatma”

Yaş həddi: 5+

Müəllif: Azərbaycan xalq nağılı

Quruluşçu rejissor:  Nicat Mir Kazımov (Əməkdar artist)

Quruluşçu rəssam:  Mustafa Mustafayev

Musiqi tərtibatı: Cahangir Zülfüqarov (Əməkdar incəsənət xadimi)

Əsas  rolların ifaçıları: Asya Atakişiyeva, Aybəniz Heydərova, Ədalət Əbdülsəməd, Naibə Allahverdiyeva (Xalq artisti), Zemfira Əbdülsəmədova, Nübar Novruzova (Xalq artisti), Təhminə Məmmədova, Xalidə Əliməmmədova, Şəbnəm Hüseynova, Sevinc Əziz, Nuriyyə Əliyeva, Qəmər Məmmədova (Əməkdar artist), Güşvər Şərifova (Əməkdar artsit), Anar Seyfullayev, Anar Səfiyev, İradə Rəşidova, Mirzə Ağa Mirzəyev, Xaliq Bəkirov, Ceyhun Məmmədov, Yusif Dadaşov, Nuray Qasımova

Janr: Nağıl-tamaşa

Tamaşanın müddəti:  birhissəli – 1 saat

Milli folklorumuzun gözəl nümunəsi olan “Göyçək Fatma” nağılı əsasında hazırlanmış eyniadlı tamaşa balalarımıza insanpərvərlik, ədalətli olmaq kimi gözəl duyğular aşılayır.

          Öz ögey anasının və ögey bacısının verdikləri zülmlərə mətanətlə sinə gərən Fatma küləyin apardığı yunu tapmaq üçün meşəyə gəlir, Qarı ilə rastlaşır. Qarının qulluğunda övladı kimi dayanan Fatma ondan iyrənmir, hər bir işini ürəklə görür. Qızın bu nəcibliyini görən Qarı onun səadətə qovuşması üçün əlindən gələni edir.

          Xeyirxah Göyçək Fatma şahzadəyə ərə gedir. Bütün pisliklərinə və ona verdikləri olmazın zülmlərə baxmayaraq, Fatma ögey anasını və bacısını bağışlayır.

          Milli geyimlər, gözəl səhnə dekorasiyası, maraqlı rəqslər və diqqətçəkən aktyor oyunu tamaşaçını heyran edir.

 

Yaş məhdudiyyəti / Dil

5+
Göyçək Fatma Göyçək Fatma