Arşın mal alan

B. 13.10.2019 19:00

Gün
:
Saat
:
Dəqiqə
:
Saniyə

"Arşın mal alan" (2 hissəli musiqili opera)

Yaş həddi: 6+

Kompozitor: Üzeyir Həcibəyli

Libretto müəllifi: Üzeyir Həcibəyli

Janr: Komediya

Dil: Azerbaycan

Tamaşanın müddəti: 2 saat 10 dəqiqə

 

Tamaşanın dirijoru: Sevil Haciyeva (əməkdar incəsənət xadimi)

Quruluşçu rejissor: Hafiz Quliyev (əməkdar incəsənət xadimi)

                              OPERANIN QISA MƏZMUNU

Gənc tacir Əsgər evlənmək fikrinə düşür, həm də istəyir ki, toydan əvvəl mütləq evlənəcəyi qızı görüb bəyənsin. Amma hansı ata öz qızını ona göstərərdi? Axı bu o vaxtki adətlərə zidd idi. Dostu Süleyman məsləhət görür ki, Əsgər «arşın-malçı» libası geyinib qapı-qapı gəzərək xanımlara mal satsın. Yalnız bu yolla ürəyinə yatan qızı seçib sevmək mümkün idi, çünki heç bir qız arşın-malçıdan üzünü gizlətməzdi.

Əsgər dostunun məsləhətinə qulaq asıb öz təzə qiyafəsində Soltan bəyin evinə gəlib çıxır. Bu vaxt Soltan bəyin qızı Gülçöhrə, qardaşı qızı Asya və qulluqçu Telli həyətdə söhbət edə- edə tikmə ilə məşğuldurlar. Gülçöhrə görmədiyi, bilmədiyi kişiyə gözüyumulu ərə verilən qadınların taleyindən giley edir. Bu zaman Əsgər həyətə girib qızlara arşın malı gətirdiyini söyləyir. Arada tanışlıq yaranır. Qısa müddətdə Gülçöhrə söz verir ki, Əsgərdən başqa heç kəsə ərə getməsin.

Əsgər Süleymanı Soltan bəyin evinə elçiliyə göndərir. Soltan bəy qızını tacirə ərə verməyə dərhal razılaşır, ancaq Gülçöhrə bu təklifi qəti rədd edib atasının sözünü yerə salır. Gülçöhrə bilmir ki, onun könül verdiyi arşın-malçı ilə Əsgər eyni adamdır. Qızının rədd cavabından bərk acıqlanmış Soltan bəy Əsgəri tələsdirir ki, toy tədarükünə başlasın. Sonra da Gülçöhrəni zorla qaçırıb Əsgərin evinə aparırlar. Qız azqala özünə qəsd eləmək dərəcəsinə çatır, ancaq bu vaxt arşın-malçının tanış mahnısını eşidir. Əsgərlə qarşılaşan Gülçöhrə ona qaçmağı təklif edir, ancaq Əsgər gülə-gülə qızı məsələdən agah edir. Məzhəkə sona çatır, özü də bir toyla yox, dörd toyla: Əsgər Gülçöhrə ilə, Süleyman Asya ilə, Qulluqçu Telli ilə Vəli, qoca Soltan bəy Əsgərin xalası Cahanla evlənir.

Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan