Tədbir bitib
  • "Arşın mal alan" (2 hissəli musiqili opera)

    Yaş həddi: 6+

    Kompozitor: Üzeyir Həcibəyli

    Libretto müəllifi: Üzeyir Həcibəyli

    Janr: Komediya

    Dil: Azerbaycan

    Tamaşanın müddəti: 2 saat 10 dəqiqə

     

    Tamaşanın dirijoru: Əyyub Quliyev (əməkdar artist)

    Quruluşçu rejissor: Hafiz Quliyev (əməkdar incəsənət xadimi)

    Quruluşçu rəssam: Əyyub Fətəliyev (əməkdar incəsənət xadimi)

    Xormeyster: Sevil Haciyeva (əməkdar incəsənət xadimi)

    Baletmeyster: Mədinə Əliyeva (xalq artisti)

    Konsertmeyster: Roza Səlimova,Nərgiz Ağayeva,Aysel Məlikova

    Tamaşanı idarə edən: İsmayıl Ələkbərov (əməkdar artist)

                                            Rollar və İfaçılar

    Əsgər:Azər Zeynalov(xalq artisti),Cahan xala: Gülüstan Əliyeva(əməkdar artist),Süleyman:Tural Ağasiyev,Vəli:Ələkbər Əliyev(əməkdar artist),Soltanbəy:Namik Kəmal(xalq artisti),Gülçöhrə:İnarə Babayeva(əməkdar artist),Asya:Səbinə Vahabzadə(əməkdar artist),Telli:Gulyanaq Məmmədova(xalq artisti)

                                  OPERANIN QISA MƏZMUNU

    Gənc tacir Əsgər evlənmək fikrinə düşür, həm də istəyir ki, toydan əvvəl mütləq evlənəcəyi qızı görüb bəyənsin. Amma hansı ata öz qızını ona göstərərdi? Axı bu o vaxtki adətlərə zidd idi. Dostu Süleyman məsləhət görür ki, Əsgər «arşın-malçı» libası geyinib qapı-qapı gəzərək xanımlara mal satsın. Yalnız bu yolla ürəyinə yatan qızı seçib sevmək mümkün idi, çünki heç bir qız arşın-malçıdan üzünü gizlətməzdi.

    Əsgər dostunun məsləhətinə qulaq asıb öz təzə qiyafəsində Soltan bəyin evinə gəlib çıxır. Bu vaxt Soltan bəyin qızı Gülçöhrə, qardaşı qızı Asya və qulluqçu Telli həyətdə söhbət edə- edə tikmə ilə məşğuldurlar. Gülçöhrə görmədiyi, bilmədiyi kişiyə gözüyumulu ərə verilən qadınların taleyindən giley edir. Bu zaman Əsgər həyətə girib qızlara arşın malı gətirdiyini söyləyir. Arada tanışlıq yaranır. Qısa müddətdə Gülçöhrə söz verir ki, Əsgərdən başqa heç kəsə ərə getməsin.

    Əsgər Süleymanı Soltan bəyin evinə elçiliyə göndərir. Soltan bəy qızını tacirə ərə verməyə dərhal razılaşır, ancaq Gülçöhrə bu təklifi qəti rədd edib atasının sözünü yerə salır. Gülçöhrə bilmir ki, onun könül verdiyi arşın-malçı ilə Əsgər eyni adamdır. Qızının rədd cavabından bərk acıqlanmış Soltan bəy Əsgəri tələsdirir ki, toy tədarükünə başlasın. Sonra da Gülçöhrəni zorla qaçırıb Əsgərin evinə aparırlar. Qız azqala özünə qəsd eləmək dərəcəsinə çatır, ancaq bu vaxt arşın-malçının tanış mahnısını eşidir. Əsgərlə qarşılaşan Gülçöhrə ona qaçmağı təklif edir, ancaq Əsgər gülə-gülə qızı məsələdən agah edir. Məzhəkə sona çatır, özü də bir toyla yox, dörd toyla: Əsgər Gülçöhrə ilə, Süleyman Asya ilə, Qulluqçu Telli ilə Vəli, qoca Soltan bəy Əsgərin xalası Cahanla evlənir.

Keçirilmə məkanı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Ünvan
Nizami küçəsi 95, Bakı, Azərbaycan
Telefon
(+994 12) 493 31 88
Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
19:00 - 21:10 - Ş., 29 Sen