Boy çiçəyi

Tədbir haqqında

COVİD19 pasportu və ya imun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

“Boy çiçeyi” ( “Sən həmişə mənimləsən”) Görkəmli Azərbaycan dramaturqu İlyas Əfəndiyevin “Boy çiçəyi”(“ Sən həmişə mənimləsən”) əsərinin tamaşasinda 19 yaşli gənc bir qizin yaşli bir kişiyə ulvi məhəbbətindən söhbət açilir. Atasi müharibədə şəhid olan, anasindan istədiyi nəvazişi, qaygini görməyən, ətraf mühitin çirkinliklərindən bəzən Nargilə faktiki olaraq insanlar arasinda tənhadir, təkdir. O axtardigi ideallari, pakliği qonşuluqda yaşayan, həyat yoldaşini itirmiş Həsənzadənin mənəvi yetkinliyində, alicənab münasibətində tapir. Həsənzadə bu gənc qizin məhəbbətini, psixoloji vəziyyətini anlayir. Amma onu da bilir ki, bu məhəbbət 20-30 ildən sonra indiki təravətini saxlamaz, o Nargiləni xoşbəxt edə bilməz. Vəziyyətin həllini Nargiləni fəal cəmiyyət həyatina qaytarib, sonra müstəqil yaşamasini təmin etmək üçün ondan uzaqlaşmaqda görür.Odur ki, rəhbərlik etdiyi zavodda Nargiləni işə göturən, onu kollektivin öhdəsinə buraxan, hətta onu sevən oğlana böyük ehtiram bəsləyən Həsənzadə, nə qədər ağir olsa da iş yerini dəyişib Nargilədən uzaqlaşir. Onun bu alicənab addimini Nargilə də tamaşaçilar da anlayir və “sən həmişə mənimləsən” nidasi tamaşanin estetik nəticəsi olaraq ürəklərə hopur.

Yaş məhdudiyyəti / Dil

13+
Boy çiçəyi Boy çiçəyi