

Kişi və Qadın
Təsvir
Ailə münasibətlərində sevgi, hörmət və mənəvi bağlılığın itməsi, insanın tənhalığı və başqasının acısından sui-istifadə mövzularını əhatə edən tamaşa komik situasiyalar fonunda düşündürücü hadisələri səhnəyə gətirir.
Həyat yoldaşını itirən Cəmil bundan sonra necə yaşamağın yollarını axtarmağa başlayır. Gözlənilməz təsadüflər, zahiri oxşarlıqlar və insan münasibətlərindəki ziddiyyətlər onu getdikcə daha mürəkkəb və gülünc vəziyyətlərə sürükləyir. Başqasının kədərindən faydalanaraq şəxsi mənfəət əldə etməyə çalışanların qurduğu saxta plan isə həqiqətin qarşısında aciz qalır.
Tamaşa, eyni zamanda, uzun müddətdir mənəvi bağları qırılmış, sevgi və hörmətdən məhrum olduğu halda yalnız formal olaraq davam edən ailə münasibətlərinin acı nəticələrini də diqqətə çatdırır. Komediya ilə həyatın dramatik gerçəkliklərini birləşdirən səhnə əsəri tamaşaçını dürüstlük, sədaqət, mənəvi dəyərlər və insan münasibətləri haqqında düşünməyə dəvət edir.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
