COVİD-19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
"Sinif yoldaşları"
Yaş həddi: 13+
Müəllif: Yuri Polyakov
Bəstəkar: Siyavuş Kərimi (xalq artisti)
Janr: Melodram
Dil: Azərbaycan
Tamaşanın müddəti: I hissə - 80 dəqiqə
II hissə - 60 dəqiqə
Quruluşçu rejissor və rəssam: Azər Paşa Nemətov
Rejissor: Anar Sadıqov
Əsər bir çox ölkələrin teatrlarında uğurla tamaşaya qoyulub. Bu söz yox ki, əsərin maraqlı mövzusu, günümüzlə səsləşən ideyası və zəngin xarakterlər dünyası ilə bağlıdır. Əsəri dilimizə Etimad Başkeçid tərcümə edib. Tamaşa 20 il bundan əvvəl sinif yoldaşları olmuş, bu müddət ərzində dəyişmiş, müxtəlif siniflərə bölünmüş insanlar haqqındadır. Əsər mövzu etibarı ilə, müasir Rusiya cəmiyyəti haqqında olsa da, əslində bütün cəmiyyətlərə aid edilə bilər.