Ər və arvad

B. 23.12.2018 19:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

M 6 - 10

Tədbir bitib
Tədbir bitib
  • Ər və arvad - 19:00 (6+)
    19:00, 26 May 2019
    6 - 10 M

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

    Bilet almaq
    Ər və arvad - 19:00 (6+)
    19:00, 29 İyun 2019
    6 - 10 M

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

    Bilet almaq
    Tədbir Keçirilmə məkanı Qiymət
    Ər və arvad - 19:00 (6+) 19:00, 26 May 2019
    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
    6 - 10 M Bilet almaq
    Ər və arvad - 19:00 (6+) 19:00, 29 İyun 2019
    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
    6 - 10 M Bilet almaq
  • "Ər və arvad"

    Yaş həddi: 6+

    Müəllif: Üzeyir Hacıbəyli

    Janr: İki hissəli musiqili komediya

    Tamaşanın müddəti: I hissə - 65 dəqiqə

                                     II hissə - 35 dəqiqə

    Quruluşçu rejissor: Yusif  Əkbərov

    Quruluşçu dirijor: Nazim  Hacıəlibəyov (əməkdar incəsənət xadimi)

    Quruluşçu rəssam: Eldar Qurbanov (əməkdar rəssam)

    Quruluşçu baletmeyster: Zakir Ağayev (əməkdar artist),Yelena Ağayeva

    Xormeyster: Vagif Məstanov (əməkdar artist)

    Konsertmeyster: Fidan Babayeva

    Baş dirijor: Fəxrəddin Atayev (əməkdar incəsənət xadimi)

                                                    Rollar və İfaçılar

    Afaq Bəşirqızı(xalq artisti),İlham Namiq Kamal (xalq artisti),Ələkbər Əliyev (əməkdar artist),Möylə Mirzəliyev,Nahidə Orucova (əməkdar artist),Əkbər Əlizadə (əməkdar artist),Gülcahan Salamova,Elxan İsmayılov,Fatma Mahmudova (xalq artisti), Əliməmməd Novruzov, Hüseyn  Əlili, Ruslan Mürsəlov, Ağaxan Şərifov, Ayxan Əhmədli, Əmrah Dadaşov, Cahid Əlizadə, Niyaməddin Allahverdiyev.

    “Leyli və Məcnun” operası ilə müsəlman Şərqində professional opera janrının əsasını qoyan  dahi Azərbaycan bəstəkarı Üzeyir bəy  Hacıbəyli, həm də musiqi və teatr tariximizdə hadisə sayılan operetta, musiqili komediya yaradan nadir istedad sahibi idi. Onun   ilk tamaşası 1910-cu ildə Bakıda oynanılan “Ər və arvad” əsəri zamanın fövqündə dayandığından bütün dövrlər üçün aktual sayılmaqda, dönə-dönə səhnələşdirilməkdədir. 107 il əvvəl - hələ Azərbaycan qadınlarına səhnəyə çıxmağa icazə verilməyəndə milli teatrın yaradıcıları kimi sonralar şöhrət zirvəsinə qalxan fədailər - Hüseynqulu Sarabski (Mərcan bəy), Əhməd Ağdamski (Minnət xanım) və onların məsləkdaşları bu operettada yaşadıqları cəmiyyətin eybəcərliklərini tənqid və islah etməyə çalışmışlar. Eyni zamanda, əsərin libretto müəllifi olan Üzeyir bəy Hacıbəyli bu operettada ziyalıları, xalqının gələcəyini düşünən maarifpərvər insanları cəhalətlə mübarizəyə ruhlandırmışdı. XX əsrin əvvəllərində  müsəlman dünyasında kişilərin ailə başçısı kimi hər cür hüquqlara malik olduğunu, hərəkət və davranışlarındakı sərbəstliyi və üstünlüyü ön plana çəkən Üzeyir bəy həm musiqinin, həm də sözün qüdrəti ilə nadanlıq və cahillikdən  irəli gələn özbaşınalığın qadınlara vurduğu mənəvi zərbəni qabartmağa, ailədə hüquq və azadlığa malik olmayan, ərinin kölgəsi kimi yaşamağa məcbur edilən feodal qanunlarına etirazını bildirmək niyyətində idi. O, Mərcanın və onun kimi məsuliyyətsiz kişilərin ləyaqətsizliyini və  cəmiyyət üçün artıq məqbul sayılmayan əməllərini gülə-gülə islah etməyə, Minnət xanım kimi ağıllı və təmkinli xanımların məntiqi davranışlarının, uzaqgörənliyinin isə qələbə ilə başa çatdığını vurğulamağa çalışırdı. Ərinin xəyanətindən xəbərdar olan xanım onu elə gülünc və çıxılmaz vəziyyətə qoyur ki, bu da dünyada baş verən müsbət dəyişikliklərdən xəbərdar olan bəstəkarın  böyük uğuru və öz xalqı qarşısında övladlıq borcu, milli mədəniyyətin inkişafı yolunda bu gün də minnətdarlıq hissi ilə xatırlanan əvəzsiz  bir  xidmətidir. 

    Əsər ölkəmizin müxtəlif teatrlarında dəfələrlə tamaşaya qoyulmuş, milyonlarla seyirçinin rəğbətini qazanmış və bu gün də Üzeyir bəyin təkrarsız musiqi incisi kimi öz səhnə ömrünü yaşamaqdadır.

Keçirilmə məkanı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Ünvan
Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan
Telefon
(+994 12) 598 49 17
Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
19:00 - 21:05 - B., 23 Dek