• "O olmasın,bu olsun"

    Yaş həddi: 6+

    Müəllif: Üzeyir Hacibəyli

    Janr: Musiqili komediya

    Dil: Azərbaycan

    Tamaşanın müddəti: I hissə - 1 saat 10 dəqiqə

                                               II hissə - 45 dəqiqə

    Quruluşçu rejissor: Cənnət Səlimova (xalq artisti)

    Quruluşçu dirijor: Nazim Hacıəlibəyov  (əməkdar incəsənət xadimi)

    Quruluşçu rəssam: İsmayıl Məmmədov (əməkdar rəssam)

    Baş Dirijor: Fəxrəddin Atayev (Əməkdar incəsənət xadimi)

    Azərbaycan milli operetta janrının banisi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri 1911-ci ildə yazılmış, müxtəlif teatr truppaları tərəfindən dəfələrlə tamaşaya qoyulmuşdur.

    Operettadakı hadisələr XX əsrin əvvəllərində, qadın hüquqlarının pozulduğu, onların tacirlər, ağalar, bəylər tərəfindən istismar olunduqları dövrü əhatə edir. Əsərin qəhrəmanı tacir Məşədi İbad da belə ixtiyar sahiblərinin tipik nümayəndəsidir. Onun gənc Gülnazla evlənməyə can atması, cavan, ağıllı, yeni fikirli Sərvərlə rəqabət aparması müəllifin gülüş hədəfinə çevrilmişdir...

    Əslində Məşədi İbadı bu addımı atmağa təhrik edən, təkcə varlı-dövlətli olması deyil, həm də bütün sərvətini qumarda uduzub müflisləşən Rüstəm bəyin tamahkarlığı, pula hərisliyidir. O, gənc qızını qoca kişiyə yalnız ondan daha çox pul qoparmaq naminə verməyə razılaşıb.

    Əsər boyu həm Məşədi İbad, həm də onu əhatə edən fırıldaqçı və hər şeydə özü üçün xeyir güdən “ziyalı” təbəqənin iç üzü məharətlə açılır və beləliklə də cəmiyyət öz keçmişindən gülə-gülə ayrılmağa can atdığını göz önündə sərgiləyir.

    Azərbaycan teatr sənəti tarixində qızıl hərflərlə yazılmış “O olmasın, bu olsun” operettasının uğurlu tamaşaları onlarla gülüş ustasının, gənc aktyor nəsillərinin inkişafında böyük rol oynamışdır.

Keçirilmə məkanı

Azərbaycan Dövlət Musiqili Teatrı

Ünvan
Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan
Telefon
(+994 12) 598 49 17
Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
19:00 - 21:10 - B., 28 Apr