“ANONİM ALKOQOLİKLƏR KLUBU” Sənədli tamaşa Tamaşa bir qədər qeyri-adidir. Burada passiv tamaşaçı yoxdur. Proses boyunca hər kəs tamaşanın daimi iştirakçısına və məzmunun yaradıcısına çevrilir. BU ŞƏRİKLİK TEATRIDIR. Diqqət! TAMAŞA RUS DİLİNDƏDİR. Alkoqolsuz giriş qadağandır. Alkoqolu özünüzlə gətirməlisiniz. Alkoqol istənilən növdə və tamaşa müddətində tamaşaçıya lazım olan miqdarda ola bilər. Ümumiyyətlə içmirsiniz? O halda gələ bilməzsiniz.
Üçüncü zəngdən sonra tamaşaya giriş qadağandır.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız. QR bilet haqqında daha ətraflı: QR bilet