Mən səni sevirəm – MSS

Tədbir haqqında

Əli Əmirli. “Mən səni sevirəm-MSS” Quruluşçu rejissor – Cənnət Səlimova Xalq artisti Əli Əmirlinin qabaqcıl maarif xadimi, Əməkdar müəllim Bilqeyis Məmmədovanın xatirəsinə həsr olunmuş “Mən səni sevirəm-MSS” tamaşası məktəb mövzusunda hazırlanmış çox maraqlı tamaşalardan biridir. Tamaşada şagird-müəllim, valideyn-məktəb münasibətlərindən real hadisələrin təsviri ilə bəhs edilir. Dərslərini öz gücünə oxuyan Nazı heç bir əsas olmadan sinif yoldaşları tərəfindən baykot edilir. Sabah müəllimin ağıllı münasibəti və şagird psixologiyasını yaxşı bilməsi nəticəsində Nazı intihardan qurtulur. Məktəblilərin və valideynlərin mövqeyi, bir-birinə münasibəti insan ruhuna təsir göstərən dramatik hadisələr içində gerçəkləşir. Şagirdlərə dostluq, düzlük, sədaqət, müəllimlərə böyük sevgi hissləri aşılayan, həm də ürək açan məktəb zarafatları ilə zəngin olan tamaşanı gözəl musiqi də müşayiət edir.

Yaş məhdudiyyəti / Dil

16+
Mən səni sevirəm – MSS Mən səni sevirəm – MSS