Müsyö Jordan və dərviş Məstəli şah

C.a. 31.01.2019 14:00

Mirzə Fətəli Axundzadə. “Müsyö Jordan və Dərviş Məstəli şah” Quruluşçu rejissor – Cənnət Səlimova Xalq Artisti Mirzə Fətəlinin bu məşhur komediyası əslində ictimai-sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə və münasibət fərqliliyi ilə insanlar arasında yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir. Qızının toy ərəfəsində kürəkəninin fransız qonağı Müsyö Jordanla Parisə getməsinə razılıq verməklə, əslində Hətəmxan ağa ailəsinə ciddi problemin və münaqişənin yol açmasına səbəb olur. Nəticədə, evin xanımı Şəhrəbanu qızı Şərəfnisənin göz yaşlarına dözməyib Şahbaz bəyin Parisə getməsinin qarşısını almaq üşün qulluqçu Xanpərinin vasitəsi ilə cadugər Məstəli şahla Qulaməlini tapır. Bu kişinin cadusu ilə Parisin “dağılması” (əslində Paris inqilabının baş verməsi, quruluşun dəyişməsi) və Müsyö Jordanın vətəninə təcili qayıtması Şahbaz bəyin arzusunu ürəyində qoyur. Lakin bu “şad xəbər” evin xanımlarının ürəyincə olur. Görkəmli dramaturq oyun içində oyun quraraq, ictimai mühitin güzgüsünə çevrilən, komik nüanslarla zəngin gözəl bir əsəri töhfə kimi bizə bağışlayıb. Teatr da onu günün tələbləri səviyyəsində tamaşaçısına təqdim edir.

Faydalı məlumat
Yaş həddi:
12+ yaşdan