

Otello
Təsvir
“OTELLO”
(4 pərdəli opera)
Bəstəkar – Cüzeppe Verdi
Dirijor – Mustafa Mehmandarov
Quruluşçu rejissor – Xalq artisti Əvəz Abdullayev
Geyim üzrə rəssam – Ulya Abdullayeva
Xormeyster – Əməkdar incəsənət xadimi Sevil Hacıyeva
Konsertmeysterlər – Daniil Kirillov, Roza Səlimova, Tofiq Şıxıyev
İŞTİRAK EDİRLƏR:
Otello – Xalq artisti Yusif Eyvazov
Dezdemona – Əməkdar artist Afaq Abbasova
Yaqo – Xalq artisti Əvəz Abdullayev
Kassio – Əməkdar artist Tural Ağasıyev
Emiliya – Nina Makarova
Rodriqo – Əməkdar artist Əliəhməd İbrahimov
Lodoviko – Xalq artisti Əkrəm Poladov
Montano – İqor Yadrov
Herold – Ruslan Persan
“Otello” Cüzeppe Verdinin Şekspirin qisas və qısqanclıq haqqında dramı əsasında yazılmış sonuncu faciəvi operasıdır. Operanın libretto müəllifi Arriqo Boytodur. Tamaşanın premyerası 5 fevral 1887-ci ildə La-Skala teatrında baş tutmuşdur.
Operanın qısa məzmunu
Mavritaniyalı sərkərdə Otellonun rəhbərliyi altında donanma türklər üzərində qələbədən sonra fırtınanı dəf edərək Kiprə qayıdır. Yalnız Yaqo bu hadisəyə sevinmir. Kassionun kapitan rütbəsinə layiq görülməsi bu rütbəyə iddialı olan Yaqoda ona qarşı nifrət hissi oyatmışdır. O, Otellonu məhv etməyə çalışır, buna görə də onu inandırır ki, həyat yoldaşı Dezdemona ona Kassio ilə xəyanət edir. Otello qısqanclıqdan dəli olmaq dərəcəsinə gəlib çatır. Günahsız və qorxmuş Dezdemona özünə haqq qazandırmağa çalışır. Yaqonun satqınlığın nəticəsi olaraq Otello arvadını yataq otağında boğur. Lakin Emiliya Dezdemonanın günahsız olduğu haqqında həqiqəti hamıya açır. Yaqo qaçmaqla canını qurtarır. Öz əməllərindən son dərəcə peşman olan Otello son dəfə Dezdemonanın cansız bədənini qucaqlayaraq özünü öldürür.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
