Sərgüzəşti-vəziri-xani-Lənkəran

Tədbir haqqında

Mirzə Fətəli Axundzadə  Sərgüzəşti- vəziri- xani-Lənkəran ”                      

  Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran ” pyesində hadisələr   XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən - xanlıq dövründən bəhs edir. Əsərdə hakimiyyət, cəmiyyət və şəxsiyyət problemi, insan azadlığı önə çəkilir, əsərin qəhrəmanı  vəzir Mirzə Həbibin və Xanın simasında feodal üsul – idarəsinin, ədalətsiz dövlətçilik sisteminin  gülünc  vəziyyəti tənqid olunur. Bu mövcud idarəçilikdə  çürümə prosesinin  getdiyindən soraq verir. Bütün bu proseslər  bədii obrazlar  fonunda öz əksini  tapır.

   Xanın qardaşı oğlu Teymur ağanın və gənc qadın obrazları – Nisə xanımın, Şölə xanımın simasında dramaturq oxucularda və tamaşaçılarda  gələcəyə  nikbin əhval-ruhiyyə oyadır. Ağıllı, çevik və bir qədər  hiyləgər bu qəhrəmanlar  öz haqq və azadlıqlarını dramatik mübarizə şəraitində  qoruyub  saxlayırlar.

   “Sərgüzəşti-vəziri-xani-Lənkəran” 19-cu əsrdən başlayaraq bu günə kimi  teatr ictimayətinin diqqətini cəlb etmiş,  dönə-dönə  müxtəlif quruluşlarda  tamaşaya  hazırlanmışdır. Professional  Azərbaycan teatrının  bünövrəsi də 1873-cü ildə bu əsərlə qoyulmuşdur.

Sərgüzəşti-vəziri-xani-Lənkəran

   Bünövrəsi M.F.Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» pyesi ilə qoyulan Azərbaycan səhnə sənəti dəfələrlə bu əsərə müraciət etmişdir. Bu komediya müxtəlif quruluşlarda, müxtəlif yozumlarda oynanılmışdır. Növbəti yozum isə Əməkdar İncəsənət Xadimi Vaqif İbrahimoğlunun quruluşundadır.

Tamaşada ehtiraslarının əsiri, qadın quramalarının, «hiylələri»nin əlində başını itirmiş vəzir Mirzə Həbib, dövlətçiliyi gülünc vəziyyətə salmış Xan obrazlarına yeni yöndən yanaşılır. İctimai sosial bəlalar komik vəziyyətlərdə «əridilir».

Dramaturqun ideyalarından bəhrələnən «Sərgüzəşti-vəziri-xani-Lənkəran» tamaşasında Teymur ağanın, gənc qadın obrazları – Nisə xanımın, Şölə xanımın və digərlərinin simasında gələcəyə nikbin əhval-ruhiyyə yaradılır. Nəticədə zamanla səsləşən bitkin bir səhnə əsəri yaradılır.         

Yaş məhdudiyyəti / Dil

13+
Sərgüzəşti-vəziri-xani-Lənkəran Sərgüzəşti-vəziri-xani-Lənkəran