Şah Qacar

Ş. 11.05.2019 19:00

Akademik Milli Dram Teatrı

M 6 - 10

Tədbir bitib
Tədbir bitib
  • "Şah Qaçar"

    Yaş həddi: 13+

    Müəllif: Əli Əmirli

    Janr: İki hissəli faciə

    Tamaşanın müddəti: I hissə - 80 dəqiqə

                                     II hissə - 45 dəqiqə

    Quruluşçu rejissor və rəssam: Azər Paşa Nemətov

    Bəstəkar: Siyavuş Kərimi (xalq artisti)

    Rejissor: Anar Sadoqov

     

    Şah Qacar Tarixi mövzuda olan “Şah Qacar” tamaşasi dramatik taleyine görə qeyri-adi şəxsiyyət olan Aga Məhəmməd şah Qacarin həyatina və şahliq fəaliyyətinə həsr olunmuşdu. Azərbaycan ədəbiyyatinda, xüsusilə teatrinda birmənali olmayan mürəkkəb xarakterli və taleyi bu insanin bədii obrazi bir qayda olaraq qaniçən, işğalci, qəsbkar və hədsiz qəddar hökmdar kimi təqdim olunur və bunun nəticəsidir ki, İran taxt-tacina on yeddi il sahiblik etmiş, əslən Azərbaycanli Aga Məhəmməd şah Qacar yaddaşlarda dünyaya və bəşəriyyətə kin və nifrət saçan birisi kimi qalmişdir. Əslində isə 150 illik Qacariyyə dinastiyasinin təməlini qoymuş Aga Məhəmməd şah Qacar agilli, qətiyyətli, cəsarətli, mükəmməl təhsil almiş, zamanin əksər elmlərindən xəbərdar yaxşi siyasətçi, qədərində qəddar, qədərində insafli, eyni zamanda ədalətsevər bir hökmüdar olmuşdur. Elə buna ğorə də “Şah Qacar” tamaşasinin müəllifləri bu unikal şəxsiyyətin həyatina yenidən müraciət etmiş, onu tam yeni, layiq oldugu rakursdan və müasir teatr estetikasina uyğun şəkildə tamaşaçilara təqdim etmişlər. Bu zaman Qacarin məmləkətin birləşdirilməsi və hakimiyyət uğrunda apardiği saysiz-hesabsiz müharibələr, saray mübarizələri və intriqalari deyil, daha çox qəhrəmanin daxili dünyasi, onun qeyri-adi taleyindən doğan əzablari, tərəddüdləri, fəlsəfi-psixoloji düşunçələri və faciəli qətli tamaşanin mərkəzinə cəkilmişdir.

Keçirilmə məkanı

Akademik Milli Dram Teatrı

Ünvan
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan
Telefon
(+994 12) 596 26 47
Faydalı məlumat
Yaş həddi:
13+ yaşdan
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
19:00 - 21:25 - Ş., 11 May