Qu gölü

Tədbir bitib
Tədbir bitib
  • "Qu gölü" ( 3 pərdəli balet)

    Yaş həddi: 6+

    Kompozitor: Pyotr Çaykovski

    Libretto müəllifləri: V.Beqiçev və V.Qeltserdir

    Tipı: Klassik

    Tamaşanın müddəti: 2 saat 50 dəqiqə

     

    Tamaşanın dirijoru: Əyyub Quliyev

    Quruluşçu baletmeyster: Qəmər Almaszade

    Baletin qısa məzmunu

    Birinci pərdə

         I şəkil. Qədim qalanın bağçasında şahzadə Ziqfrid həddi-buluğa çatmasını bayram edir. Qonaqlar Ziqfridin şərəfinə badə qaldırır, rəqs edir, şənlənirlər. Hökmdar şahzadə xanım oğluna xatırladır ki, sabah o özünə adaxlı seçməlidir.

        Hava qaralır. Ziqfrid təkdir. Uzaqdan dəstə ilə uçan qu quşları görünür. Ani olaraq ox-yayı götürən şahzadə gölə doğru qaçır.

        II şəkil. Gölün boş sahili. Suyun güzgü kimi şəffaf səthində ağ rəngli məğrur qu quşları üzür. Bu qəddar sehrbaz Rotbart tərəfindən sehrlənərək qu quşlarına çevrilən qızlardır. Yalnız onların ən gözəli - Odettaya bir gəncin sadiq məhəbbəti qızların üzərindən sehri götürə və cadunu məhv edə bilər.

        Şahzadə görünür. O, başında tac olan bir qu quşunun sahilə doğru üzdüyünü, gözəl bir qıza - qu quşlarının hökmdarı - Odettaya çevrildiyini görür və ona yaxınlaşmağa can atır. Lakin Odetta qorxaraq və titrəyərək ondan qaçır. Ziqfrid ona doğru tələsir. Qəflətən onların gözləri bir-birinə sataşır və tanış olmayan bir hiss onların hər ikisinin qəlbini bürüyür. Şahzadə Odettaya əbədi məhəbbətinə and içir.

    İkinci pərdə

        Sarayda bayram əhval-ruhiyyəsi hökm sürür. Şahzadə krallığın adlı-sanlı ailələrindən olan qızlar içərisindən özünə adaxlı seçməlidir. Lakin dəvət olunanların heç biri onun nəzər-diqqətini cəib edə biimir.

        Şeypur səsləri yeni qonaqların gəldiyindən xəbər verir. Bu qəddar sehrbaz Rotbart və onun Odettanın surətinə girmiş qızı Odilliyadır. Hiyləgər naməlum qadın şahzadəni ovsunlayır və Ziqfridə elə gəlir ki, o qu quşlarının kraliçasıdır. Bu oxşarlığa aldanan şahzadə Odilliyanı özünə adaxlı seçir və məhəbbətinə and içir. Rotbart qələbə çalır, şahzadə sədaqət andını pozur və beləliklə, Odetta və onun rəfiqələri həmişəlik qu quşları kimi qalacaqlar.

    Sarsılmış şahzadə ümidsiz halda gölə tərəf qaçır.

    Üçüncü pərdə

        Gecədir. Təşvişə düşən kədərli qu quşları - qızlar gölün sahilində dayanmışlar. Şahzadə Odettaya verdiyi andına əməl etməmişdir. Şər qüvvələrin əlindən qurtulmaq ümidi boşa çıxmışdır. Sevinc içərisində olan Rotbart onların qorxmuş dəstələri üzərində uçur. Ziqfrid qaçıb gəlir. O, Odettanın bağışlanmasını xahiş edir. Qız şahzadəni bağışlamağa hazırdır, lakin o və rəfiqələri bütün ömürləri boyu qu quşlarının cildində yaşamağa məhkumdurlar. Ziqfrid ümidsizlik içərisindədir. O, Rotbart ilə qeyri-bərabər döyüşə girişir. Qəddar sehrbaz sevgililəri ayırmağa çalışır. Lakin şər məhəbbətin gücü qarşısında acizdir.

        Sehbazın qaranlıq dünyası dağılır və Rotbart özü məhv olur. Məhəbbət qalib gəlir. Parlayan günəşin şəfəqləri xoşbəxt Odetta və Ziqfridi işıqlandırır.

Faydalı məlumat
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
19:00 - 20:30 - Ç., 7 Mart
Keçirilmə məkanı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Ünvan
Nizami küçəsi 95, Bakı, Azərbaycan
Telefon
(+994 12) 493 31 88