
Yağışı sevməyən uşaq

Yağışı sevməyən uşaq
Tədbir haqqında
Müəllif: Sahib Ağsaç
Quruluşçu rejissor: Röyal Cəbiyev
Janrı: Musiqili komediya
Bakının hər fəslinin gözəl olmasına baxmayaraq mərkəzi küçələrdə yaşayan 12 yaşlı Selin yağışı heç sevmir. O zənn edir ki,yağış onun planlarını alt üst edir,parkda rahat əylənməyə ona mane olur. Bir gün Selin yağışa acıqlanaraq onları qovur. Bunu görən Ceki,Portağal və Hikmət çox məyus olurlar. Çünki onlar bilirlər ki,yağışlar yağmasa çox böyük fəlakətlər olar. Məsələn güllər susuz qalıb solar,küçədəki heyvanlar sususuzluqdan həyatını itirər,torpağın canlanmasında yağışın çoox böyük faydaları var axı. Beləki,Ceki,Portağal və Hikmət birləşərək Selinə yağışı sevdirmək üçün çox möhtəşəm bir plan hazırlayırlar. Sizin hər birinizi onların planının baş tutub tutmayacağına baxmağa və onlara dəstək olmağa dəvət edirik.
Uşaqlar! Musiqili tamaşamızda həm əylənəcəyik,həm oxuyacağıq həmdə ən əsas maariflənəcəyik. Görüşənədək.


