“Tilsimlənmiş gözəl” tamaşası uşaqlar üçün hazırlanmış maraqlı və düşündürücü bir səhnə həllidir. Tamaşada müsbət və mənfi qəhrəmanların bir birinə olan münasibəti real həyat həqiqətidir. Fyodorun dəli kimi sevdiyi gözəl Dunyanın əslində necə pul və hakimiyyət hərisi olduğu meydana çıxır. Hər kəsin qorxduğu, çirkin Küpəgirən qarının əslində qəlbi təmiz və əsl dostcasına olan xarakterini isə xüsusi qeyd etmək olar. Sonda qəhrəmanımız Fyodr Ölməz Kaşşeyin tilsimə saldığı Küpəgirən qarını cadudan azad edir və o, yenidən gözəllər gözəli Yelena olur. Bununla müəllif balaca tamaşaçılarımıza çatdırmaq istəyir ki, insanların xarici görünüşünə yox, sizə olan əsl münasibətinə dəyər verin.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız. QR bilet haqqında daha ətraflı: QR bilet