
“Edama məhkumun son günü”

“Edama məhkumun son günü”
Tədbir haqqında
Tamaşanın adı: “Edama məhkumun son günü”
Müəllif: Viktor Hüqo
Janr: Psixoloji dram
Tamaşanın müddəti: 1 saat 10 dəqiqə
Dil: Azərbaycan
Quruluşçu rejissor: Mir Qabil Əkbərov
Mövzu: Əsərdə, edama məhkum edilmiş şəxsin son günündə keçirdiyi duyğular, yaşadığı hisslər ustalıqla təqdim edilir. Burada əsas məqsəd edam qanununun faciəvi gerçəkliyini göz önünə sərməkdir. Belə ki, məhkum üçün düzəlmə haqqını tamamı ilə yox edən edam, həm də, sağalacaq bir çox yaranı da çiy qoyur. Edam, sadəcə məhkum üçün deyil, eyni zamanda onun yaxınları üçün də bir faciə xarakteri daşıyır. Tamaşada ön plana çəkilən məsələ edamla yanaşı cəmiyyətin bir hissəsinin amansız və qorxunc olmasından ibarətdir. Hal hazırda dünyanın elə yerlərində elə qeyri rəsmi, insan tərəfindən insana tətbiq olunan qanunlar var ki, Hüqonun dili ilə desək, çox iyrənc və rəzildir. Bu cür qanunlar da fiziki ağrılardan daha çox mənəvi ağrılara səbəb olur. Təbbi ki, ölüm hər kəs üçün var. Tamaşada deyildiyi kimi: “Əslin hər kəs, günü naməlum bir ölümə məhkumdur”. Lakin, öləcəyimiz anı bilmək, hətta ölümün özündən belə daha qorxuncdur.


