Balaca Şahzadə ve Səssiz Fəryad


Balaca Şahzadə ve Səssiz Fəryad
26 oktyabr 2025 - 18:00
16+


“Balaca Şahzadə” həyatı sadə, amma dərin baxışlarla izah edən təsirli hekayədir. Uzaq bir planetdən gələn kiçik şahzadə, insanların dünyasında dostluğu, sevgini və məsuliyyəti axtarır. O, böyüklərin laqeydliyinə qarşı uşaqların saf ürəyini xatırladır. Tamaşa sevginin və insanlığın dəyərini anladır.
"Səssiz Fəryad" - Bir ana, itirdiyi uşağının yoxluğunu qəbul edə bilmir. Günlərini onun xatirəsi və xəyalı ilə danışaraq keçirir. Sevgi ilə yasın iç-içə olduğu bu oyunda, qadının ürəyindəki ana məhəbbəti ölmür, əksinə, onu yaşadan yeganə ümid xəyal görüşləridir. Tamaşa, insanın itki qarşısında daxili mübarizəsini və sonsuz ana sevgisini təsvir edir.
