"OYUN” inklüziv teatrı bu dəfə qarşınıza uşaq və yeniyetmələr üçün son dərəcə maraqlı olacaq “Dovşanın ad günü” tamaşası ilə çıxır. Özü də Müstəqil “Oyun” uşaq teatrı yetirmələri ilə.
Uşaq əbiyyatımızın görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevərək oxuduğunuz bu əsəri fərqli səhnə həlli və tərtibatında sizləri özünün sehrli, əyləncəli və maraqlı nağıl dünyasına aparacaq.
Tamaşada hadisələr bir meşədə təsvir olunur. Belə ki, Canavar Dovşanı yemək üçün nə qədər cəhd göstərsə də, buna nail ola bilmir. Günlərin bir günü meşəyə soraq yayılır ki, Dövşanın ad günü olacaq. Bunu eşidən Canavar Tülkü ilə hiylə qurub Dovşanın ad gününü gözləyirlər. Dovşan, Kirpi, Alabaş, Çəpiş, Quzu, Qaranquş daim bir yerdə olurlar və bir-birinə kömək edirlər. Tülkü ilə Canavarın hiyləsini başa düşən bu zəif heyvanlar birləşib belə qərara gəlirlər ki, hamının yeganə xilas yolu bu iki vəhşini aradan götürməkdir. Ona görə də əlbir olub Tülkü ilə Canavarı məğlub edirlər. Beləcə dostluq və düzlük qalib gəlir.

5 ₼-dan
5 ₼-dan
25 ₼-dan
7 ₼-dan
8 ₼-dan
10 ₼-dan