Pərvin Nurəliyeva. “Qızıl balıq”
(bir hissəli nağıl-tamaşa)
A.S.Puşkinin “Balıqçı və qızıl balığın nağılı” əsərinin motivləri əsasında
Quruluşçu rejissor – Elşad Rəhimzadə
Yazıçı-dramaturq Pərvin Nurəliyevanın A.S.Puşkinin “Balıqçı və qızıl balıq nağılı”nın motivləri əsasında səhnələşdirdiyi “Qızıl balıq” tamaşası əslində insanlara, cəmiyyətə bir mesajdır: halal təknənə haram qatma, ailənin, əlində olanların qədrini bil. Baba ilə Nənənin simasında bu mesaj tamaşaçıya aydın şəkildə ötürülür.
Tamaşanı maraqlı dekorasiya, musiqi və rəqslər müşayiət edir. Aktyorların geyimi də onunla ahəngdarlıq təşkil edir.
Yaş reytinqi: 7+
Müəllif (səhnələşdirmə):Pərvin Nurəliyeva
Quruluşçu rejissor: Nicat Kazımov (Əməkdar artist)
Baş rolların ifaçıları: Şəfəq Əliyeva (Əməkdar artist),Məsumə Babayeva, Rövşən Abbasov, Mirsənan Kazımlı
Janr: nağıl-tamaşa
Tamaşanın müddəti: – Bir hissəli - 1 saat