ƏSA Teatrı – “Adamlar və siçanlar”

About event

COVİD-19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Nobel Mükafatlı yazıçı
Con Steynbekin “Siçanlar və insanlar haqqında” povestinin motivləri
əsasında hazırlanan “Adamlar və Siçanlar” tamaşasını təqdim edir.
Əsər Kaliforniyada Böyük bohran vaxtı fəhlə kimi işləyən iki dostun –
Corc Milton və Lenni Smolun həyatından bəhs edir. Tamaşa insanlara
mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər
aşılayır. ƏSA Teatrının təqdim etdiyi tamaşa quruluş dəyişikliyi ilə daha
maraqlı və gözlənilməz sonluqla bitəcək.
Müəllif: Con Steynbek
Quruluşçu rejissoru: Nihad Qulamzadə
Prodüseri: Nicat Qulam
İşıq rəssamı: Binyamin Sailov
Müddəti: 1 saat 10 dəqiqə
Janr: Tragikomediya
Dil: Azərbaycan dili

Age restrictions / Language

+12
ƏSA Teatrı – “Adamlar və siçanlar” ƏSA Teatrı – “Adamlar və siçanlar”