Baku Arts Festival: Yulian Sitkovetski — 100 il | Dmitri Sitkovetski (skripka, dirijor), Liana Gurdjia, Ayaka Uchio, Nezrin Aslanlı, Murad Adigözəlzadə

Baku Arts Festival: Yulian Sitkovetski — 100 il | Dmitri Sitkovetski (skripka, dirijor), Liana Gurdjia, Ayaka Uchio, Nezrin Aslanlı, Murad Adigözəlzadə

Tədbir haqqında

Yulian Sitkovetskinin 100 illiyinə həsr olunmuş bu qala konserti dünyanın müxtəlif ölkələrindən görkəmli musiqiçiləri bir araya gətirir. Festivalın xüsusi tədbiri kimi, bu axşam XX əsrin parlaq skripkaçılarından birinə — istedadlı sənətkara həsr olunmuş musiqi salnaməsidir. Onun parlaq karyerası vaxtsız sona çatsa da, dünya musiqi tarixində silinməz iz qoyub.

Gecədə onun oğlu, Dmitri Sitkovetski çıxış edəcək — skripkaçı, dirijor və müasir musiqi dünyasının ən universal sənətkarlarından biri. Dmitri Bakı şəhərində anadan olub, tanınmış musiqiçi ailəsində böyüyüb. Anası, Bella Davidoviç, öz dövrünün ən parlaq pianoçularından biri və Varşava Şopen Beynəlxalq Piano Müsabiqəsinin laureatıdır. Bu konsert - şəxsi duyğularla və ictimai rezonansla dolu, mənəvi köklərə qayıdışdır.

Konsert Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçiriləcək.

Səhnədə həmçinin dünya səhnələrinin tanınmış solistləri çıxış edəcək: Nəzirin Aslanlı, Liana Gurdjiya, Alf Moser, Ayka Uçio, Federiko HudKati Raytinen.

Proqram:
– İohan Sebastyan Bax - Üçlü Konsert
– Pyotr İlyiç Çaykovski - Sevimli yerdən xatirə
– Frederik Şopen - Fortepiano və simli alətlər üçün noktyurn (nadir versiya)
– Dmitri Şostakoviç - Simli simfoniya

Bu gecə - xatirə, musiqi irsi və ilhamın təntənəsidir. Canlı musiqi vasitəsilə yaddaşın və ənənənin bayramıdır.

Yaş məhdudiyyəti / Dil

16+
Baku Arts Festival: Yulian Sitkovetski — 100 il | Dmitri Sitkovetski (skripka, dirijor), Liana Gurdjia, Ayaka Uchio, Nezrin Aslanlı, Murad Adigözəlzadə Baku Arts Festival: Yulian Sitkovetski — 100 il | Dmitri Sitkovetski (skripka, dirijor), Liana Gurdjia, Ayaka Uchio, Nezrin Aslanlı, Murad Adigözəlzadə