Ramiz Mustafayev - "Yadıma sən düşərsən"

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

22 oktyabr saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında
Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, bəstəkar Ramiz Mustafayevin anadan olmasının 100 illiyinə həsr olunmuş
“Yadıma sən düşərsən” adlı möhtəşəm konsert keçiriləcək.
 Dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və solist Ramil Qasımovun ifasında Ramiz Mustafayevin dərin lirizmi, incə melodik dili və milli ruhu əks etdirən əsərləri səsləndiriləcək.  
Azərbaycan klassik musiqisinin unudulmaz səhifələrinə səyahət etmək, duyğularla zəngin bir axşam yaşamaq istəyən hər kəsi bu  konsertə dəvət edirik.

Yaş məhdudiyyəti / Dil

6+
Ramiz Mustafayev - "Yadıma sən düşərsən" Ramiz Mustafayev - "Yadıma sən düşərsən"

Məkan yeri
İstiqlaliyyət küçəsi 10, Bakı, Azərbaycan