Lost Frequencies

Tədbir haqqında

Azərbaycan Qran Prisi ərəfəsində

“Bakı Şəhərinin Sədaları” adlı gecə əyləncə proqramı təşkil olunacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə Azərbaycan Hava Yollarının (AZAL) və “Silk Way” Şirkətlər Qrupunun dəstəyi ilə 2019 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunda dünyaca məşhur DJ-lərin çıxış edəcəyi və gec saatlaradək davam edəcək “Bakı Şəhərinin Sədaları” (Baku City Sounds) adlı gecə əyləncə proqramını elan edir.

 “Lost Frequencies” kimi məşhur DJ-in iştirak edəcəyi gecə əyləncə proqramı 28 aprel tarixində “Elektra Events Hall”-da baş tutacaq. Bundan başqa, DJ Mendoza məkanın daimi sakini kimi yarış həftəsonu ərzində hər gecə öz çıxışı ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq.

Yarış həftəsonunun gecə əyləncəsinin son ulduzu “Lost Frequencies” ləqəbi ilə tanınan Feliks De Laet olacaq. 2014-cü ildə bütün dünyada hitə çevrilən və satışı milyonları keçən “Are You With Me” mahnısı ilə məşhurlaşan DJ Feliks 18 ölkədə 1-ci yeri tutur. O daha sonra Britaniyanın ”DJ MAG” jurnalının keçirdiyi sorğuda iştirak etdiyi ilk ildəcə (2017) 26-cı yeri tutaraq sürətlə yüksələn istedadlı ifaçılardan biri kimi özünü sübut edib. Gənc DJ növbəti il həmin sorğuda 17-ci yerə yüksəlib.

Səhnədə fərqli çıxışları ilə özünü göstərən DJ Feliks 2018-ci ildə 1 milyarddan çox izlənilib. Major Lazer, Justin Bieber və MØ-un ifasında “Cold Water”, Miley Cyrus-un ifasında “Malibu” və LSD Labrinth / Diplo / Sia-nın ifasında “Thunderclouds” mahnılarının tropik ab-havada remikslərini hazırlayan DJ Feliks elektronik musiqi janrında özünəməxsus tərzilə yaratdığı musiqilərini hitə çevirməyə davam edir.

Yaş məhdudiyyəti / Dil

18+
Lost Frequencies Lost Frequencies