1-ci ANİMAFİLM Pitçinq Müsabiqəsi

1-ci ANİMAFİLM Pitçinq Müsabiqəsi

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

1-ci ANİMAFİLM Pitçinq Müsabiqəsi bu ilki ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində baş tutacaq.

Müsabiqə Azərbaycan Animasiya Assosiasiyası İctimai Birliyi tərəfindən təşkil olunur və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA), CEE Animation, ANİMAFİLM Studiyası və Dynamic Box Studio tərəfindən dəstəklənir.

Müsabiqənin məqsədi inkişaf, pre-prodakşn və ya istehsal mərhələsində olan yerli animasiya layihələrini dəstəkləməkdir.

Mükafatlar:

 - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ARKA-nın Mükafatı – “Annecy Festivalına Səyahət”

 - ANİMAFİLM Studiyası Mükafatı – 500 AZN

 - Dynamic Box Studio Mükafatı – 500 AZN

Qalib layihələr CEE Animation platformasında dərc olunacaq və istehsal dəstəyi üçün Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) tövsiyə ediləcək.

Azərbaycan və İngilis dillərində

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2018-ci ildən bəri animasiya sənətini və yaradıcılığı təşviq edən beynəlxalq platformadır. Festival uşaqları, gəncləri və animasiya mütəxəssislərini bir araya gətirərək onlara yerli və qlobal təcrübə qazandırır.

Bu ilki festivalımızın mövzusu isə pişiklərdir! Yaradıcı yanaşmamızı xeyriyyə məqsədi ilə birləşdirərək, bilet satışından əldə olunan gəlirin bir hissəsini köməyə ehtiyacı olan pişiklərə yönəldəcəyik. Animasiya vasitəsilə sevgi, mərhəmət və birlik kimi dəyərləri paylaşmağa davam edirik.

Vacib qeydlər:

–  Hər ANİMAFİLM bileti sahibi festival zamanı 5, 6, 7 sentyabr saat 12:00–15:00 aralığında Nizami Kino Mərkəzində Dynamic Box tərəfindən kurasiya edilmiş kompyuter oyunları oynaya bilər.

– Festivalın tədbirlərinə 15 dəqiqə öncədən gəlməyiniz xahiş olunur.

– Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.

Yaş məhdudiyyəti / Dil

18+
1-ci ANİMAFİLM Pitçinq Müsabiqəsi 1-ci ANİMAFİLM Pitçinq Müsabiqəsi