
Sky Cinema Dənizkənarı Avtosinema – Sen İnandır

Sky Cinema Dənizkənarı Avtosinema – Sen İnandır
Təsvir
Sen İnandır
Nəvələrinin ailə qurmasını arzulayan iki nənə, Sahra və Deniz arasında münasibətlərin yenidən başlaması üçün gözlənilməz bir görüş təşkil edir. Bu görüşdən xəbərsiz olan Sahra və Denizin yolları yenidən kəsişdikdə, uşaqlıq illərindən qalan sevgi hissləri yenidən canlanır. Keçmiş xatirələr, yarımçıq qalmış söhbətlər və gözlənilməz hadisələr onların münasibətlərinə yeni istiqamət verir. Film sevgi, ailə dəyərləri, keçmişlə üzləşmək və ikinci şansların əhəmiyyətini romantik və yumoristik üslubda təqdim edir.
Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!
Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.
SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.
Ulduzların altında görüşənədək!
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Avtosinema xidmətimizdən həm şəxsi avtomobilinizlə, həm də icarəyə təqdim etdiyimiz nəqliyyat vasitələri ilə rahatlıqla istifadə edə bilərsiniz. Şəxsi avtomobili olmayan qonaqlarımızın avtomobil icarəsi ilə bağlı əvvəlcədən bizimlə əlaqə saxlamaları xahiş olunur.
Qeyd edək ki, alınan bilet bir avtomobil üçün nəzərdə tutulur. Bir neçə nəfərin eyni avtomobildə gəlməsi halında yalnız bir bilet kifayətdir.
