
Sky Cinema Dənizkənarı Avtosinema – Titanic

Sky Cinema Dənizkənarı Avtosinema – Titanic
Təsvir
Titanic
Dünya kinosunun əfsanəsinə çevrilmiş sevgi hekayəsi. Gənc rəssam Cek və yüksək təbəqədən olan Rouz Atlantik okeanını keçmək üçün ilk səfərinə çıxan dəbdəbəli “Titanik” gəmisində tanış olurlar. Fərqli sosial təbəqələrə mənsub olmalarına və qarşılarında duran maneələrə baxmayaraq, onların arasında güclü hisslər yaranır.
Lakin gəminin aysberqlə toqquşmasından sonra romantik səyahət yaşamaq uğrunda mübarizəyə çevrilir. Tarixin ən məşhur dəniz faciələrindən birinin fonunda sevgi, azadlıq, seçim və fədakarlıq haqqında təsirli bir hekayə təqdim olunur.
Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!
Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.
SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.
Ulduzların altında görüşənədək!
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Avtosinema xidmətimizdən həm şəxsi avtomobilinizlə, həm də icarəyə təqdim etdiyimiz nəqliyyat vasitələri ilə rahatlıqla istifadə edə bilərsiniz. Şəxsi avtomobili olmayan qonaqlarımızın avtomobil icarəsi ilə bağlı əvvəlcədən bizimlə əlaqə saxlamaları xahiş olunur.
Qeyd edək ki, alınan bilet bir avtomobil üçün nəzərdə tutulur. Bir neçə nəfərin eyni avtomobildə gəlməsi halında yalnız bir bilet kifayətdir.
